Sionist rejimin Suriyanı parçalamaq planı və Colaninin düşündürücü susqunluğu
"Ray əl-Youm" sionist rejimin ötən gecə Suriyaya qarşı şiddətli hücumları ilə bağlı bir hesabatda yazır: Suriyada Əbu Məhəmməd Colani başçılıq etdiyi terrorçu ünsürlərin hakimiyyətə gəlməsindən bəri, İsrail rejiminin bu ölkəyə qarşı daha da cəsarətli siyasətlər apardığını və Suriyanın daha çox torpaqlarını işğal etdiyini müşahidə edirik. Bu rejimin xarici işlər naziri bildirib ki, işğalçılar Suriyanı tərk etmək niyyətində deyillər.
Bu arada, Suriyanın yeni hakimləri İsrail rejiminin təcavüzlərinə qarşı heyrət doğuran bir susqunluq nümayiş etdiriblər. Yalnız bu ünsürlər deyil, həm də onların dəstəkçiləri olan ölkələr sionist rejimin Suriyaya qarşı təcavüzlərini qınamaq üçün bir kəlmə belə deməyiblər, sanki bir ərəb ölkəsinin suverenliyi ərəb ümmətinin ən pis düşmənləri tərəfindən pozulmayıb.
Tamamilə aydındır ki, İsrail rejimi planlaşdırılmış bir xəritə çərçivəsində Suriyanı məzhəbi, irqi və dini hissələrə bölmək niyyətindədir ki, bu ölkədən özünə qarşı hər hansı bir təhdidi aradan qaldırsın.