Mart 03, 2025 15:29 Asia/Baku
  • Qəzzədə müqavimət qrupları müharibənin yenidən başlaması ərəfəsində hazırlıq səviyyəsini yüksəldir

Əl-Ərəbi Əl-Cədid kanalı Fələstin müqavimətindəki mənbəyə istinadən bildirib ki, Qəzzə zolağında müqavimət qrupları müharibənin yenidən başlanması ehtimalına qarşı hazırlıq məqsədilə döyüşçülər arasında hazırlıq səviyyəsini yüksəldiblər.

Mənbənin bildirdiyinə görə, sionist məhbuslarla necə davranmaq barədə göstəriş verilib.Kanalın məlumatına görə, Qəzzədə bəzi mövqelərin işğalçılar tərəfindən bombardmanları zaman yaralanan sionist məhbuslar yenidən tunellərə aparılıblar.

Sionist rejimin baş nazirinin ofisi atəşkəs razılaşmasına zidd olaraq bazar günü səhər saatlarından etibarən Qəzzə zolağına bütün mal və yardım maşınlarının girişinin qadağan edildiyini açıqlayıb.

Netanyahunun ofisinin bəyanatında deyilir: Bu qərar razılaşmanın birinci mərhələsinin başa çatması və HƏMAS hərəkatının ABŞ-ın Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Vitkoff danışıqları davam etdirmək planına qarşı çıxmasından sonra verilib.

Sionist rejimin baş nazirinin ofisi əlavə edib ki, rejim israilli məhbusları azad etmədən atəşkəsə icazə verməyəcək və HƏMAS hərəkatı müxalifətini davam etdirərsə, başqa nəticələri də olacaq.

Sionist rejim ABŞ-ın dəstəyi ilə 2023-cü il oktyabrın 7-dən 2025-ci il yanvarın 19-a kimi Qəzzə zolağının sakinlərinə qarşı dağıdıcı müharibəyə başladı, lakin HƏMAS hərəkatını məhv etmək və sionist əsirləri müharibə yolu ilə geri qaytarmaq kimi məqsədlərinə çata bilmədi və bu hərəkatla atəşkəs razılaşması imzalamağa məcbur oldu.

19 yanvar 2025-ci ildə İsrail rejimi ilə HƏMAS arasında hər biri 42 gün olmaqla üç mərhələdən ibarət atəşkəs və əsir mübadiləsi sazişi həyata keçirildi.

Bu sazişin birinci mərhələsinin müddəalarına Qəzzədə saxlanılan 33 sionist məhbusun mərhələli şəkildə azad edilməsi, bunun qarşlığında sayları 1700-dən 2000 arasında təxmin edilən bir sıra fələstinli və ərəb məhbusların azad edilməsi daxildir.