Qəzzə keçidlərinin bağlı qalmalarının davam etməsi bəşəriyyətə qarşı cinayətdir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas, bir bəyanatda vurğulayıbdır ki Qəzzə zolağı keçidlərinin bağlı qalmalarının davam etməsi həmçinin humanitar yardımların və müxtəlif ticarət mallarının bu zolağa girişinin əngəllənməsi bəşəriyyətə qarşı cinayət və beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir.
Bəyanatda deyilir ki: İnsanların əsas ehtiyaclarının, dərman və qidanın girişinin qarşısının alınması müharibə cinayəti sayılır. Bu müqavimətli Qəzzə əhalisini təslim etmək istiqamətində edilən əbəs cəhddir. Üstəlik bu hərəkət, iki milyondan çox fələstinliyə qarşı fəlakətli şəraiti icbar etmək üzrə bir səydir ki bu da bütün beynəlxalq qanunlar və insani dəyərlərlə daban-dabana ziddir.
Bəyanatda sonra belə deyilir: Bir müharibə canisi kimi Benyamin Netanyahunun dünyanın gözləri qarşısında özünün humanitar yardımların Qəzzə zolağına girişini əngəlləmək və mülkiləri bu yardımlardan məhrum etmək üzrə qərarından xəbər verməsi beynəlxalq qanunlar və müahidələrə qarşı hörmətsizlikdən və onun ABŞ hökumətinin qeyriməhdud siyasi dəstəyindən irəli gələn öz cinayətlərinə görə cəzalandırılmaqdan azad olmasından xəbər verir.Bəyanatın davamında belə deyilir: Biz Fələstin İslami Müqavimət Hərəkatı- Həmas olaraq bütün islami və ərəb ölkələrini BMT-ni və dünya ictimaiyyətini bəşəriyyətə qarşı yönəlmiş bu cinayətin durdurulması və humanitar yardımların Qəzzə zolağına daxil olması istiqamətində təcili tədbirlər görməyə çağırırıq. Bundan başqa biz sionist rejimin iki milyondan çox fələstinlinin həyatını hədələyən blokadasına son qoyulmasını istəyirik zira faşist və işğalçı İsrail rejimi beynəlxalq və humanitar sənədləri aşkar şəkildə pozmaqda davam edir.