Sionist rejim ordusunun əməliyyat komandiri istefa verib
Sionist rejim ordusunun əməliyyat komandiri Udid Besyuk yeddi oktyabr əməliyyatındakı məğlubiyyətə görə öz vəzifəsindən istefa verib. İstefa, sionist rejim ordusunun baş qərargahının yeni rəisi Eyal Zamir tərəfindən qəbul olunub.
Sionist rejim mediaları xəbər veriblər ki, Besyuk-un istefası sionist əsirlərin ailələrinin bu rejim ordusunun yeddi oktyabr əməliyyatındakı uğursuzluqları barədə təhqiqat komitəsinin təşkili üzrə tələblərindən sonra baş veribdir.Sionist rejim parlamenti- knesset yeddi oktyabr əməliyyatı barədə təhqiqat komitəsinin təşkili ilə razılaşıb.Sionist əsirlərin ailələri bu rejim ordusunun uğursuzluqları qarşısında cavabdehlik və məsuliyyətin qəbul olunmasını tələb ediblər.Sionist rejim Qəzzə zolağına qarşı müharibədəki hədəflərində uğursuz qaldıqdan sonra Həmas hərəkatı ilə atəşkəs razılaşmasına məcbur oldu.