Mart 07, 2025 13:12 Asia/Baku

Xəbər mənbələri bildiriblər ki, Əl-Colaninin başçılıq etdiyi Suriyanın müvəqqəti hökumətinin müxalifləri bu ölkənin qərbindəki Stamu hərbi hava limanını ələ keçiriblər. Yerli mənbələr cümə günü səhər Laziqiyyə çölündəki Stamu hərbi hava limanının Əl-Colaninin başçılıq etdiyi Suriyanın müvəqqəti hökumətinin müxalifləri tərəfindən ələ keçirildiyini bildiriblər.

Bu elə bir haldadır ki, Əl-Colaninin qüvvələri bu hadisədən bir neçə saat əvvəl bu hava limanından və oradakı helikopterlərdən sahil vilayətlərindəki müxalif qüvvələri yatırmaq üçün istifadə etmişdilər.Həmçinin, Suriya Xalq Müqavimətinin dağ briqadası da ölkənin qərbində Livanla həmsərhəd bölgələrinin hamısını nəzarətə götürdüyünü açıqlayıb.Dağ Briqadası qüvvələri Tərtus vilayətində Şeyx Bədr bölgəsini ələ keçirildiklərini də açıqlayıb.

Bəzi medialar Türkiyə hərbi qüvvələrinin və texnikasının Suriyanın müvəqqəti hökumətinə müxalifəti yatırmaqda kömək etmək üçün Bab əl-Həva sərhəd keçid məntəqəsindən Suriyaya daxil olduğunu açıqlayıblar.Suriyanın qərbində, o cümlədən Tərtus və Laziqiyyə şəhərlərində insanlar Əl-Colaninin başçılıq etdiyi Suriya müvəqqəti hökumətinin siyasətlərinə və ona bağlı ünsürlərin Suriyanın qərbindəki hücumlarına qarşı aksiya keçiriblər.Əl-Colaniyə bağlı ünsürlər ələviləri sıxışdırmaq siyasətinin davamında Laziqiyyə vilayətinə şiddətli hücumlar təşkil ediblər ki, bu da, xalqın güclü müqaviməti ilə üzləşib.Eyni zamanda Suriyanın müvəqqəti hökumətinin müxaliflərinə yaxın olan medialar Əl-Colaninin müdafiə naziri Murhəf Əbu Qəsrənin oğlunun Suriyanın qərbindəki qarşıdurmalarda öldürüldüyündən xəbər veriblər, amma müvəqqəti hökumətə bağlı medialar bu xəbəri təkzib ediblər və onun şayiə olduğunu vurğulayıblar.Deyilənlərə görə, cümə axşamı Laziqiyyə şəhərinin yaxınlığındakı "Cebelə" bölgəsində Suriyanın keçid hökumətinə bağlı qüvvələr ilə silahlı müxalifət arasında baş verən şiddətli toqquşmalarda Əl-Golaninin qüvvələrindən 15-i öldürülüb.