Mart 09, 2025 16:48 Asia/Baku
  • Sionist məhbusların ailələri əsir mübadiləsi sazişinin tam icrasını tələb edilər

Qəzzədə saxlanılan sionist məhbusların ailələri Təl-Əvivdə aksiya keçirərək, əsirlərin mübadiləsinə dair razılaşmasının tam yerinə yetirilməsini və Netanyahu hökumətinin maneçiliklərinə son qoyulmasını tələb ediblər.

Təl-Əvivdə sionist məhbusların ailələri müharibənin yenidən başlanması ehtimalından narahatlıqlarını bildirərək, Benyamin Netanyahunun əsir mübadiləsi sazişinin həyata keçirilməsinə maneə törətməsinə etiraz ediblər.Onlar vurğulayıblar ki, müharibənin davam etdirilməsi məhbusların ölümü ilə nəticələnəcək və Netanyahu onların həyatını siyasi oyunları üçün bir alətə çevirib.Sionist məhbusların ailələri işğal olunmuş bütün ərazilərdə müharibənin yenidən başlanmasını pisləmək və məhbusların azad edilməsini dəstəkləmək üçün nümayişlər keçirməyə çağırıblar.

Ailələr bildiriblər ki, kritik vəziyyətdədirlər və müharibənin yenidən başlanması ehtimalından narahatdırlar.Onlar Netanyahunu məhbusları azad etmək əvəzinə, özünün siyasi maraqları ardınca olmaqda və danışıqları qəsdən dayandırmaqda ittiham ediblər.HƏMAS və İsrail rejimi arasında atəşkəs razılaşması üç mərhələdən ibarətdir ki, onun birinci mərhələsi sona çatıb və Netanyahu ikinci mərhələnin icrasına mane olur.