Suriyanın yeni hökumətinin hücumları nəticəsində 1018 suriyalı həlak olub
Suriyanın şimal-qərbində müvəqqəti hökumətin hücumları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 1018 nəfərin öldüyü bildirilir.
Suriya İnsan Haqları Müşahidə Qrupu bu ölkənin qərbində Colani rejiminin guya təhlükəsizlik əməliyyatları zamanı indiyədək 745-i mülki olmaqla ümumilikdə 1018 nəfərin öldürüldüyünü açıqlayıb.Eyni zamanda Qətərin Əl-Cəzirə kanalı yerli mənbələrə istinadən bildirib ki, Suriyanın şərqindəki Deyr əz-Zor çölündə yerləşən şəhər və kəndlərdə bir neçə nəzarət-buraxılış məntəqəsi və Colani rejiminin ictimai təhlükəsizlik qüvvələri silahlı qrupların hücumlarına məruz qalıblar.Bu arada Colani rejiminin Daxili İşlər Nazirliyi iddia edib ki, Əsədin hakimiyyəti dövründə Milli Müdafiə Qüvvələrinin komandirlərindən birini həbs edib.
Bu şəxs Homs şəhərində cinayət törətməkdə və dinc sakinlərin öldürülməsində iştirakda ittiham olunur.Son günlər Suriyanın sahil bölgələri Əbu Məhəmməd Əl-Colaninin başçılıq etdiyi yeni Dəməşq hökumətinin təhlükəsizlik qüvvələri ilə onun siyasətinə qarşı çıxanlar arasında artan gərginlik və qanlı toqquşmaların şahidi olub.Suriyanın yeni rejiminin siyasəti ələvilər arasında geniş qəzəb yaradıb və cümə axşamı Qərdahə, Cəblə, Laziqiyyə, Tərtus, Homs və Məsyaf şəhərlərində etiraz aksiyalarının başlamasına səbəb olub.Bu dinc aksiyalara reaksiya olaraq, Colaniyə bağlı hərbi qüvvələr birbaşa etirazçılara atəş açıblar.Toqquşmalar sürətlə Suriyanın sahil bölgələrinə yayılıb.Homs şəhərində atışma bir nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnib.Laziqiyyə vilayətində və Əl-Həffə, Əl-Muxtariyə və Əl-Şir qəsəbələrində müvəqqəti hökumətin təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında şiddətli toqquşmalar baş verib ki, yüzlərlə nəfərin ölümü ilə nəticələnib.