Suriyada qan su yerinə axır -TƏHLİL
Ələvilərin qırğınına görə kimlər məsuliyuət daşıyır?
Bəşar Əsədin devrilməsindən 3 ay sonra Suriyanın müvəqqəti hökuməti zorakılıq üsuluna əl ataraq ölkənin qərbində ələvilərə divan tutur.
İki milyondan çox əhalisi olan və sahilyanı əyalətlərdə ələvilərin çoxluq təşkil etdiyi Laziqiyyə və Tərtus şəhərləri münaqişənin qaynar nöqtəsidir. Toqquşmalar 2025-ci il martın 6-da silahlı şəxslərin Laziqiyyə yaxınlığındakı təhlükəsizlik bazalarına hücumu ilə başlandı və Colani qüvvələri bu ərazilərdə genişmiqyaslı qırğınlar həyata keçirərək, müxalifətin hücumuna cavab verdi.
Məhəmməd əl-Colani müxalifəti sərt şəkildə hədələyib və onlardan öz silahlarını təslim etmələrini istəyib.Görünən odur ki, Dəməşqi idarə edən rejimin hərəkətləri və onun məzhəbçiliyi Suriyanın sahil şəhərlərində üsyana zəmin yaratmışdır. Bununla yanaşı münaqişənin yaranmasında xarici amillərin də gizli rolu diqqətdən kənarda qalmamalıdır.
Əhəmiyyətli məqam odur ki, əcnəbi aktyorlar və dırnaqarası insan haqları müdafiəçiləri Suriya ələvilərinə qarşı genişmiqyaslı zorakılıqlara və qətliamlara reaksiya verməyiblər. Bundan əlavə, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı Dəməşdqə mənzillənən təkfirçi hökmdarların vəhşi hərəkətləri qarşısında səssiz qalıblar.