Dəməşq ətrafının ələviləri Colani qüvvələrinin qorxusundan qaçırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i419078-dəməşq_ətrafının_ələviləri_colani_qüvvələrinin_qorxusundan_qaçırlar
Xəbər mənbələri Suriyanın sahilyanı şəhərlərində soyqırımın davam etdiyini, eləcə də çoxlu sayda ələvinin Dəməşqin ətrafından Əs-Süveydaya doğru qaçdığını bildirirlər.
(last modified 2025-03-11T11:42:33+00:00 )
Mart 11, 2025 11:43 Asia/Baku
  • Dəməşq ətrafının ələviləri Colani qüvvələrinin qorxusundan qaçırlar

Xəbər mənbələri Suriyanın sahilyanı şəhərlərində soyqırımın davam etdiyini, eləcə də çoxlu sayda ələvinin Dəməşqin ətrafından Əs-Süveydaya doğru qaçdığını bildirirlər.

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, döyüş əməliyyatlarının dayandırılması iddialarına baxmayaraq, silahlı qruplar Suriyanın sahilyanı bölgələrində sakinlərə qarşı cinayət əməllərini davam etdirirƏl-Məyadin müxbiri də bildirib ki, Suriya sahillərində xaos davam edir və hərbi əməliyyatın başa çatmasının elan edilməsinə baxmayaraq qətllər hələ də davam edir.Əl-Məyadin, Suriya sahillərində yaşayan sakinlərdən həyatlarını qorumaq üçün külli miqdarda dollar alındığını açıqlayıb. Onların bir çoxu da Dəməşqin kənarındakı ələvilərə birbaşa təhlükə olduğu üçün Əs-Süveydaya gedib.Şahidlər Əl-Məyadinə Suriya sahillərində tarixin şahidi olmayan mütəşəkkil cinayətlərin baş verdiyini bildiriblər.Qırğın bütün kəndləri əhatə edir.