Mart 12, 2025 14:47 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə GPS sistemi sıradan çıxıb

Sionist rejim mediası Yəmən Ənsarullahının təyin etdiyi müddətin bitməsi yaxınlaşdıqca işğal olunmuş Fələstin ərazilərinin mərkəzində GPS sisteminin sıradan çıxarıldığını bildiriblər.

Sionist rejim mediaları bildiriblər ki, işğalçı rejimin bu tədbiri Ənsarullah liderinin mühasirədə olan Qəzzə zolağına humanitar yardımlarıın buraxılması üçün təyin etdiyi müddət başa çatdıqdan sonra Yəməndən raket atəşinə tutulması qorxusundan irəli gəlir.

Yəmənin Ənsarullahının lideri dünən gecə öz çıxışında Qəzzədə baş verən hadisələrlə bağlı deyib: Qəzzə zolağına yardımların daxil olması üçün verilən möhlətlə bağlı mövqelərimizdə dayanmışıq və silahlı qüvvələr əməliyyatlar keçirməyə hazırdırlar.

Yəmən Silahlı Qüvvələri də bir bəyanat yayaraq, Qırmızı dəniz, Ərəb dənizi, Bab əl-Məndəb boğazı və Ədən körfəzindəki bütün İsrail gəmilərinə dəniz blokadasının bərpa olunduğunu elan edib.