Mart 15, 2025 14:50 Asia/Baku
  • Sionist əsirlərin ailələri aksiya keçiriblər

Qəzzədəki sionist əsirlərin ailələri yenidən Təl-Əvivdə aksiya keçiriblər. Onlar övladlarının nəyin bahasına olursa-olsun, geri qaytarılmalarını tələb ediblər.

Bu aksiyanın fonunda qeyd edək ki, Əlcəzirə telekanalı bəzi mənbələrə istinadla Amerikanın xüsusi elçisi və vasitəçilər tərəfindən atəşkəs və əsirlər mübadiləsi barədə təqdim olunan təklifin detallarını yayıb.

Dünən Dohada Həmas-a və İsrail rejiminə təqdim olunan təklif/ daimi atəşkəs əldə etmək üzrə dörd əsas bəndə şamil olur.

Razılaşmanın icra olunmasının ilk günündə Həmas, beş diri sionist əsiri, o sıradan ABŞ vətəndaşlığına malik olan Əydan Aleksandrı azad etməlidir.

Bunun qarşılığında, sionist rejim də bir qrup fələstinli əsiri sərbəst buraxmalıdır.

İki tərəf arasındakı dolayısı ilə müzakirələr əsirlər mübadiləsindən etibarən, əlli gün müddətinə davam edəcək ki, əsirlərin daha geniş şəkildə mübadilə olunmaları və daimi atəşkəs barədə danışıqlar aparılmış olsun.

Həmas hərəkatı planda düzəlişlər aparıb və onun on yeddi yanvar razılaşması ilə ardıcıllığının vacibliyini vurğulayıb.

Bu düzəlişlərə əsasən, Həmas/ fələstinli əsirlərin azadlığının zəmanət edilmiş və konkret şəkildə həyata keçirilməsi şərti ilə, yalnız Əydan Aleksandrı və dörd sionist cəsədini verməyi təklif edib.

Həmas həmçinin sionist əsirlərin təhvil verilməsindən öncə Qəzzə zolağına humanitar yardımların göndərilməsi və bu zolaqdakı keçidlərin yenidən açılması, eləcə də, əsirlər mübadiləsi ilə bir zamanda, daimi atəşkəs barədə müzakirələrin dərhal başlanmasını istəyibdir.