Mart 16, 2025 15:53 Asia/Baku

Xəbər mənbələri bildiriblər ki, ABŞ və İngiltərə qırıcılarının Yəmənin şimalındakı Sədə vilayətinə hücumu nəticəsində 100-dən çox yəmənli şəhid olub və ya yaralanıb.

Əl-Məyadin kanalı bildirib ki, Sədə şəhərinin şimalındakı Qəhzə bölgəsində yaşayış evlərinin hədəfə alınması nəticədə ilkin məlumatlara görə, çoxu uşaq və qadın olmaqla 32 nəfər şəhid olub, 101 nəfər isə yaralanıb.Yerli mənbələr Yəmənin müxtəlif bölgələrinə hava hücumlarının davam etdiyini bildirirlər. .Yəmənin Ənsarullah Hərəkatının siyasi Bürosu bundan əvvəl bir bəyanatda ABŞ və İngiltərənin Yəmənin yaşayış bölgələrinə hücumunun düşmənçilik və cinayətkar təcavüz olduğunu bildirib.Bəyanatda deyilir: "Mülki əhalini və yaşayış məhəllələrini hədəfə almaq tam bir hərbi cinayət və Amerikanın ona qarşı olan xalqlar və ölkələr haqqında dəhşət yaratmasının başqa bir əlamətidir".