BMT xəbərdarlıq edir
Qəzzə zolağında ərzaq təminatı kritik həddə çatıb
Mart 17, 2025 13:52 Asia/Baku
BMT-nin Ümumdünya Ərzaq Proqramı bəyan edib ki, İsrail rejiminin humanitar yardıma qoyduğu blokadaya görə Qəzzə zolağında ərzaq təminatı kritikdir.
Bu barədə proqramın "X" hesabında bildirilir: “Martın 2-dən bəri Qəzzəyə heç bir ərzaq çatmayıb, çünki bütün sərhəd keçidləri həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalır”.
Bəyanatda qeyd olunur ki, Fələstin anklavına qarşı total blokada artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub.
Yanvarın ortalarında işğalçı İsrail rejimi və HƏMAS hərəkatı atəşkəs elan etmək barədə razılığa gəliblər.