Yəmən Ənsarullahı tarix yazır
Təcavüzkar ABŞ-ın təyyarədaşıyan gəmisinə yenidən hücum olundu
Yəmən Ordusu son 48 saat ərzində ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə üçüncü dəfə olaraq hücum edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səriin yaydığı bəyanatda deyilir: "Amerikanın ölkəmizə qarşı davam edən qəddar təcavüzünə cavab olaraq, böyük Bədr döyüşünün ildönümündə və İslamın qürurlu yürüşünün davamı olaraq, Yəmən Silahlı Qüvvələrinin bu əməliyyatları həyata keçirib:Yəmən Silahlı Qüvvələri son bir neçə saat ərzində Qırmızı dənizin şimalında ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisini iki qanadlı raket və iki pilotsuz uçuş aparatı, bir ABŞ esminesini isə qanadlı raket və dörd pilotsuz uçuş aparatı ilə uğurla hədəfə alıb.Təyyarədaşıyan gəmiyə hücum son 48 saat ərzində üçüncüdür.Amerika Yəmənə qarşı təcavüzü davam etdirməklə Qırmızı dənizin hərbiləşdirilməsinin və qarşıdurma dairəsinin genişləndirilməsinin bütün nəticələrini öz üzərinə götürür ki, bu da beynəlxalq yük daşımalarına mənfi təsir göstərir.Yəmən Silahlı Qüvvələri ölkəmizə qarşı təcavüz dayanana qədər Qırmızı dəniz və Ərəbistan dənizindəki bütün düşmən hədəfləri hədəfə almağa davam edəcəyini və Allaha təvəkkül edərək, yaxın saatlarda və günlərdə Amerika və ya İsrailin hər hansı mümkün eskalasiyasına qarşı durmağa hazır olduqlarını təsdiqləyir".Bəyanat bu cümlələrlə yekunlaşır: "Yəmən Silahlı Qüvvələri Qəzzə zolağında mətanətli Fələstin xalqını salamlayır və Qəzzə zolağındakı blokada aradan qaldırılana qədər İsrail gəmilərinin elan edilmiş əməliyyat bölgəsindən keçidini qadağan etməyə davam edəcəklərini bildirir.Allah bizə kifayətdir, O, ən yaxşı vəkildir, ən yaxşı köməkçidir".