Netanyahu Qəzzəyə qarşı vəhşicəsinə təcavüzün nəticələrində tam məsuliyyət daşıyır
Həmas hərəkatı bu gün səhər saatlarında sionist rejimin Qəzzə zolağına qarşı yenidən hücum etməsinə bəyanatla reaksiya verib. Bildirib ki, Qəzzəyə qarşı vəhşicəsinə təcavüzün nəticvələrində tam məsuliyyət Netanyahunun və nasist sionist rejimin üzərinə düşür.
Hərəkat vurğulayıb ki, Netanyahu və onun hökuməti atəşkəs razılaşmasını pozmaq qərarına gəlməklə, Qəzzədəki müharibə əsirlərini bəlli olmayan bir müqəddərat qarşısında qoyublar.Vasitəçilərin atəşkəs razılaşmasını pozduqlarına görə, sionist rejimlə Netanyahunu məsul tərəflər kimi tanımalarını istəyirik- deyən Həmas belə qeyd edib: İsrailin təcavüzlərinin durdurulması istiqamətində bir qətnamə qəbul etmək üçün BMT ilə onun təhlükəsizlik şurasını təcili iclas keçirməyə çağırırıq.
BMT Təhlükəsizlik Şurasından sionist rejimi Qəzzə əleyhinə hücumların dayandırılmasını tələb edən 2735 saylı qətnamənin icrasına borclu etməsini istəyirik- deyə, Həmas qrupu xəbərdarlıq edib.İnformasiya mənbəlri bu gün səhər saatlarında sionist rejimin Qəzzəyə qarşı hücumu bərpa etdiyini bildirdilər.«Axios» amerikan xəbər saytı sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisinə istinadla bildiribdir ki, İsrail Qəzzəyə hücum edib.Netanyahunun ofisi iddia edibdir ki, İsrail Həmas-ın atəşkəsin uzadılması üzrə amerikan təklifləri rədd etməsindən sonra öz hərbi əməliyyatlarını bərpa edib.Əlcəzirə telekanalının müxbiri də şimal-qərb bölgələrində partlayış səslərinin eşidildiyini, həmçinin sionist rejimin kəşfiyyat və hərbi təyyarələrinin Qəzzə zolağı üzərində geniş şəkildə uçmalarının müşahidə olunduğunu bildirib.Əlcəzirə-nin məlumatına görə, İsrail rejiminin Qəzzənin müxtəlif bölgələrinə qarşı hava basqınları zamanı 75 nəfəri Qəzzə zolağının cənubunda yerləşən Xan Yunusda olmaqla, 105 nəfər şəhid olub.Bu hücumlarda Qəzzə əhalisindən xeyli sayda insan da yaralanıbdır.