Ben Qurion hava limanı ballistik raketlə hədəfə alındı
Yəmənin Silahlı Qüvvələrinin sözçüsü bu gün səhər verdiyi açıqlamada bildirib ki, Yəmən silahlı qüvvələri məzlum Fələstin xalqına və onun müqavimətinə dəstək kontekstində işğal altındakı Yaffa bölgəsində yerləşən Ben Qurion hava limanını "Fələstin 2" hipersəs ballistik raketi ilə hədəfə alıb.
Yəhya Səri bütün hava yolları şirkətlərinə xəbərdar etdi ki, Ben Qurion adlanan hava limanı artıq nəqliyyat üçün təhlükəsiz deyil və bu vəziyyət davam edəcək.
Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin, qeyd edib ki, Yəmən Hərbi Hava Qüvvələri ABŞ-ın USS Harry Truman aviadaşıyıcısına məxsus bir sıra döyüş gəmilərinə qarşı hücum dronları ilə əməliyyat həyata keçirib.
Yəmən Silahlı Qüvvələri, sionist rejimin çərşənbə axşamı Qəzzəyə yenidən təcüvüz etməsindən sonra Fələstinə dəstək məqsədilə, eləcə də ABŞ-ın Yəmənə təcavüzünə cavab olaraq, işğal olunmuş Fələstin ərazilərinə hücumlarını yenidən bərpa edib.