Sionist rejim qırıcıları Livanın cənubuna kütləvi hücum edib
Sionist rejim qırıcıları bu gün günortadan sonra bu rejimin baş nazirinin göstəri ilə Livanın cənubundakı bir neçə mövqeyə zərbələr endiriblər.
Livan mənbələri bildiriblər ki, bu hücumda Livanın yüksəkliklərindəki bir neçə mövqe, o cümlədən Tulin bölgəsi hədəfə alınıb.
Hücum Livanın cənubundan işğal altındakı Fələstinin şimalına bir neçə raketin atılmasından sonra başlayıb.
Livan hökumətinin raketlərin atılma səbəbinin araşdırılması və bu əməliyyatın arxasında olan qrupun müəyyən edilməsi ilə bağlı göstəriş verməsinə baxmayaraq, sionist rejimin baş naziri bir neçə saat sonra Livana hücum əmri verdi.
BMT-nin Livanın cənubundakı Sülhməramlı Qüvvəsi UNİFİL bütün tərəfləri təmkinli olmağa və atəşkəs razılaşmasının həyata keçirilməsində əldə edilən irəliləyişlərə təhlükə yarada biləcək hər hansı hərəkətdən çəkinməyə çağırıb.
UNİFİL həmçinin, bildirib ki, istənilən eskalasiya regionda dəhşətli nəticələrə səbəb ola bilər.
İsrail rejimi və Livan arasında imzalanmış atəşkəs razılaşmasına əsasən, rejim qüvvələri yanvarın 26-da Livanın cənubundan geri çəkilməli idi.