Mart 25, 2025 13:51 Asia/Baku
  • Qəzzədə qaçqınların çadırlarına hava hücumunda 5 nəfər şəhid olub

Qəzzə zolağının cənubunda məcburi köçkünlərin çadırlarına raket atılması nəticəsində 5 fələstinli şəhid olub.

Əl-Əqsa telekanalının məlumatına görə, sionist rejim helikopterləri Xan Yunisin qərbində yerləşən Həməd qəsəbəsində fələstinli qaçqınların çadırlarına raket zərbələri endirib.

Bu hücumda bir ailənin beş üzvü, o cümlədən ata, ana və üç uşaq şəhid olub.

Sionist rejimin Apaçi helikopterlərinin Həməd şəhərinə hücumu nəticəsində çoxlu sayda köçkün də yaralanıb.