Mart 25, 2025 14:51 Asia/Baku
  • Təll əs-Sultanda qətliam; 50 min fələstinnli atəş altındadır

Xəbər mənbələri Qəzzənin cənubundakı "Təll əs-Sultan" bölgəsində sionistlərin vəhşicəsinə bombardmanları və hücumları altında olan minlərlə fələstinlinin ağır vəziyyətindən xəbər veriblər.

Qəzzə zolağındakı səhra xəstəxanalarının müdiri Mərvan əl-Həms işğalçı rejim tərəfindən tibb işçiləri və təcili yardım işçilərinin sistematik şəkildə hədəfə alınması səbəbindən Rəfəh şəhərinin üzləşdiyi faciəli vəziyyəti açıqlayıb. 

Əl-Həms deyib: "Sionistlər tibb işçilərini hədəfə alırlar və onların işinə mane olurlar. Fələstin Qızıl Aypara Cəmiyyətinin dörd təcili yardım maşını Rəfəhə girib, amma hazırda onlarla əlaqə kəsilib. 

Fələstin rəsmisi izah edib ki, Rəfəhdə vəziyyət fəlakətlidir, yaralılara xidmət göstərən xəstəxana və tibb mərkəzləri yoxdur. Bu da, yaralıları çox kritik vəziyyətdə qoyur.

Əl-Həms əlavə edib ki, Mülki müdafiə qruplarının öz həmkarları olan təcili yardım ekipajlarını xilas etmək cəhdləri uğursuzluqla nəticələnib, belə ki, hədəf əraziyə daxil olduqdan sonra onlarla əlaqə kəsilib.