Həmas sözçüsü İsrailin Qəzzənin şimalına hava hücumu nəticəsində şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i419494-həmas_sözçüsü_İsrailin_qəzzənin_şimalına_hava_hücumu_nəticəsində_şəhid_olub
Sionist rejimin Qəzzə zolağının şimalına endirdiyi hava zərbələri nəticəsində HƏMAS müqavimət hərəkatının sözçüsü Əbdül-Lətif əl-Qanu şəhid olub.
(last modified 2025-03-27T06:06:45+00:00 )
Mart 27, 2025 10:05 Asia/Baku
  • Həmas sözçüsü İsrailin Qəzzənin şimalına hava hücumu nəticəsində şəhid olub

Sionist rejimin Qəzzə zolağının şimalına endirdiyi hava zərbələri nəticəsində HƏMAS müqavimət hərəkatının sözçüsü Əbdül-Lətif əl-Qanu şəhid olub.

HƏMAS hərəkatının sözçüsü Əbdül-Lətif əl-Qanu 8 nəfərlə birlikdə sionist rejimin Qəzzənin şimalındakı Cebaliya şəhərində qaçqınların çadırlarını bombalaması nəticəsində şəhid olub.

Hərəkat hələlik bu xəbərləri rəsmən təsdiqləməyib. 

Birləşmiş Millətlər Təşkilatı da bildirib ki, sionist rejimin Qəzzəyə yenidən hücumu təkcə son bir həftədə 142 mindən çox insanı didərgin salıb.

Qəzza Səhiyyə Nazirliyi də, İsrail rejiminin Qəzzəyə qarşı hücumlarının əvvəlindən ən azı 50 min 183 fələstinlinin şəhid olduğunu, 113 min 828 fələstinlinin isə yaralandığını açıqlayıb.

Bundan əlavə, Qəzzənin media ofisi bildirib ki, sionist rejimin Qəzzəyə təcavüzünün əvvəlindən indiyə kimi 61 mindən çox fələstinli şəhid olub, minlərlə itkin düşmüş fələstinli də dağıntılar altındadır ki, onların da şəhid olduğu güman edilir.