Şeyx Nəim Qasim: Müqavimət mehvəri İrana borcludur
Livan Hizbullahının baş katibi vurğulayıb ki, müqavimət mehvəri, müqavimət mehvərinin şəhid komandirləri Hacı Qasim Süleymani və Seyid İbrahim Rəisiyə və İran İslam Respublikasına borcludur.
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim çərşənbə günü etdiyi çıxışında deyib: "İsrailin Qəzzə və Qüdsdə işğalçılığından 75 il keçir və İsrail Fələstin torpağının bir qarışını belə qanuniləşdirə bilməyib.
Hizbullahın baş katibi vurğulayıb ki, Əl-Əqsa Tufanı parametrləri dəyişmək və sionist düşmənin mövcudluq böhranı yaşadığını göstərmək üçün gəldi.
O, sözlərinə belə davam edib: 50 mindən çox şəhidin olmasına, aclıq, soyqırım və zülmə baxmayaraq, Fələstin xalqı müqavim və Allahın zəfəri və lütfünə arxayındır.
Şeyx Nəim Qasim qeyd edib ki, düşmənin məqsədi Fələstin məsələsini tamamilə məhv etmək, İordan çayının qərb sahili və Qəzzə əhalisini köçürmək, Livan, Suriya, Misir və İordaniya kimi qonşu ölkələrdəki torpaqları işğal etmək və Yaxın Şərqə öz bildikləri kimi nəzarət etməkdir.
Hizbullahın baş katibi əlavə edib: "Alla bizə imam Xomeyni (r.ə) ilə kəramət bəxş etdi. Hansı ki, Qüds Gününü elan etdi və Fələstin məsələsini dəstəkləmək və Qüdsü azad etmək üçün səylərin birləşdirilməsinə çağırdı. Allah Bizə imam Xamenei ilə kəramət bəxş etdi, O kəs ki, düşmən qarşısında müqavimət mehvərini himayə etdi".
Şeyx Nəim Qasim sonda bildirib ki, müqavimət mehvəri, müqavimət mehvərinin şəhid komandirləri Hacı Qasim Süleymani və Seyid İbrahim Rəisiyə və hər cür maddi, mənəvi ,hərbi və siyasi dəstəyə görə İran İslam Respublikasına borcludur.