Apr 07, 2025 16:03 Asia/Baku

HƏMAS sözçüsü bildirib ki, Qəssam Briqadalarının işğal altındakı Aşkelon şəhərinə raket hücumu işğalçıların Qəzzədə Fələstin xalqına qarşı davam edən cinayətlərinə cavabdır.

Cihad Taha deyib: "Müqavimət hələ də döyüşü ağıllı şəkildə idarə edir və sionist işğalçılara qarşı güclü təzyiq rıçaqlarına malikdir. 

HƏMAS sözçüsü qeyd edib ki, işğalçılar atəşkəs razılaşmasına əməl etməlidirlər və biz sionistlərin təcavüzünü dayandıran bütün təkliflərə açığıq.

Cihad Taha vurğulayıb ki, beynəlxalq ictimaiyyətin sionistlərə mane ola bilmədiyi bir şəraitdə müqavimət onların cinayətləri və qırğınları qarşısında boş dayanmayacaq və müxtəlif variantlara malikdir. 

O, davam edib: Sionistlərin cinayətlərinə qarşı yürüşlərin və etirazların davam etməsi, təcavüzlərin davam etməsi fonunda xalqın Qəzzəyə verdiyi dəstəyin sübutudur.

HƏMAS sözçüsü qeyd edib ki, ABŞ dövləti və vasitəçilər işğalçıların atəşkəs razılaşmasının həyata keçirilməsinə mane olduğunu bilirlər.  

O, sözlərini belə yekunlaşdırıb: İşğalçıların öz şərtlərini bizə və vasitəçilərə qəbul etdirməsinə icazə verməyəcəyik və Vaşinqton və vasitəçilər vəziyyəti diqqətlə nəzərdən keçirməlidirlər".