Apr 12, 2025 16:58 Asia/Baku
  • Yəmən ordusu Təl-Əvivdəki hərbi obyektlərə PUA zərbələri endirib

Yəmənin Əl-Məsirə kanalının məlumatına görə, Yəmən silahlı qüvvələrinin sözçüsü deyib: Ordunun PUA bölmələri işğal altındakı Yaffa bölgəsində iki hərbi hədəfə "Yaffa" tipli PUA-larla zərbə endirib.

Briqada generalı Yəhya Səri əlavə edib: Bu əməliyyat məzlum Fələstin xalqına və onların müqavimət göstərən döyüşçülərinə kömək məqsədilə və sionist rejimin Qəzzə zolağındakı cinayətlərinə cavab olaraq, həyata keçirilib.

O davamında deyib: Yəmən Silahlı Qüvvələri Fələstin xalqını əmin edir ki, onlara dəstək və yardım etməkdə davam edəcəklər və düşmən Amerikanın Yəmənə qarşı davam edən təcavüzü onların Fələstin xalqı qarşısındakı bu dini, mənəvi və humanitar borcunu yerinə yetirməsinə mane olmayacaq.

Səri vurğulayıb ki, Yəmən silahlı qüvvələrinin əməliyyatları Qəzzəyə təcavüz dayandırılana və onun mühasirəsi aradan qaldırılana qədər davam edəcək.