Apr 13, 2025 11:37 Asia/Baku
  • BMT: Qəzzədə 60 mindən çox uşaq pis qidalanmadan əziyyət çəkir

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru bildirib ki, Qəzzədə altmış mindən çox uşaq pis qidalanma üzündən risk altındadır və bu bölgədə insani durum son dərəcə böhranlıdır.

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Siqrid Kaaq, Antalya Diplomatiya Forumunda deyib ki, martın ikisindən bəri Qəzzəyə heç bir yardım daxil olmayıb və bu məsələ həmin bölgədə insan böhranının şiddətlənməsinə gətirib çıxarıb. O, həmçinin xəstəxanaların işə salınmaları yolundakı avadanlıq və yanacaq çatışmazlıqlarına işarə edib.

Digər tərəfdən, Fələstin səhiyyə nazirliyi bildiribdir ki, Qəzzə zolağındakı altmış min uşaq pis qidalanma üzündən təhlükəli xəstəliklərə məruz qala bilər.

Qəzzə zolağında içməli su və sağlam qida mənbələrinin olmaması, səhiyyə problemlərini artırıbdır.

BMT sözçüsü Stefan Ducarrik, dünya ölkələrinin başçılarını Qəzzədəki fələstinlilərin nicatı üçün təcili tədbirlər görməyə çağırıb.

Analitiklər inanırlar ki, Qəzzədəki insan böhranı beynəlxalq ictimaiyyət tərəfindən təsirli addımların atılmasına və təcili diqqətin yetirilməsinə ehtiyac duyur. Xüsusən uşaqlar üçün qida və dərmana əlçatanlığın olmaması, ağır nəticələr verə və gələcək nəsillərin talelərinə mənfi təsir göstərə bilər.