Sionist əsirlərin ailələri İsrail rejiminin müharibə nazirliyinin qarşısında aksiya keçiriblər
Qəzzədəki sionist əsirlərin ailələri İsrail rejiminin Təl-Əvivdə yerləşən müharibə nazirliyinin qarşısında aksiya keçiriblər. Onlar Fələstin müqavimətilə əsirlər mübadiləsi üzrə razılaşmanın əldə olunmasını istəyiblər.
Sionist əsirlərin azad olunmaları üzrə razılaşmaya nailolmanın vacibliyini vurğulayan sionist əsir ailələri qəsbkar rejimin baş naziri Benyamin Netanyahunu bu ailələrin əsas prinsiplərini pozmaqda, bəzi cərəyanlar əleyhinə təhrikdə və hərc-mərclik törətməkdə ittiham ediblər.Sionist əsirlərin mümkün olan tez bir zamanda azad olunmaları zərurətinə toxunan sionist əsir ailələri belə deyiblər: Bizim etiraz aksiyamız davam edəcək. Biz mövcud vəziyyət qarşısındakı sükuta son qoyulmasını tələb edirik.Sözügedən ailələr Netanyahu hökumətini ekstremist adlandırıb və belə qeyd ediblər: Razılaşmaya çatma, bizim övladlarımızın nicatı üçün yeganə yoldur.Ötən şənbə günü də Qəzzədəki sionist əsirlərin ailələri sionist rejimin baş nazirinin əsirlərin azad edilmələrinə məhəl qoymamasına, yalançılığına və öz şəxsi mənafeyini əsirlərin azad olunmaları üzrə razılaşmadan üstün tutmasına, eləcə də qırx bir girovun ölümü ilə nəticələnən hərbi əməliyyatına etiraz və Netanyahunun kənarlaşdırılmasını tələb ediblər.