Apr 20, 2025 12:54 Asia/Baku
  • Qəzzə humanitar fəlakətin astanasındadır

Birləşmiş Millətlər Təşkilatı son hesabatında Qəzzə zolağında humanitar vəziyyətin pisləşməsinə diqqət çəkərək, bölgə qida, təmiz su, sığınacaq və tibbi xidmətlər baxımından ciddi qıtlıqla üzləşdiyini bildirib.

BMT-nin məlumatına görə, hazırda yardımda olan fasilə İsrailin müharibənin başlanğıcında tətbiq etdiyi ilk blokadadan üç dəfə uzundur və bu məsələ yardım fəaliyyətini ciddi şəkildə pozub.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzadə vəziyyətin "son dərəcə kritik" olduğunu və bölgənin dağılmaq ərəfəsində olduğunu açıqlayıb.

UNICEF-in icraçı direktoru Qəzzədə mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək, deyib: “Son 24 saatda biri əlil olmaqla 15 uşaq qaçqın düşərgələrinə edilən hava hücumlarında həyatını itirib. Bu statistika Qəzzə uşaqlarının mübarizə apardığı faciənin yalnız bir hissəsidir”.