Apr 22, 2025 14:12 Asia/Baku
  • Təl-Əvivdə kütləvi aksiyalar; Netanyahunun vəzifədən uzaqlaşdırılması əsas tələbdir

Minlərlə sionist qəsəbə sakini Təl-Əvivin mərkəzində toplaşaraq, sionist rejimin baş naziri Benyamin Netanyahunun istefasını tələb ediblər.

Bu etiraz aksiyası Netanyahunun son böhranları idarə etmə tərzinə və HƏMAS-la məhbus mübadiləsinə dair razılığa gələ bilmədiyinə görə tənqidlər fonunda keçirilib. 

Netanyahu atəşkəs və məhbus mübadiləsi sazişi çağırışlarına məhəl qoymadan Qəzzə zolağının əhalisinə qarşı aqressiv siyasətini davam etdirir. 

Təl-Əvivdəki aksiya minlərlə qəsəbə sakininin iştirakı ilə keçirilib və onların bəziləri polis tərəfindən saxlanılıb. 

Qəzzədə saxlanılan sionist əsirlərin ailələri də Netanyahunu tənqid edirlər və əsirlərinin tezliklə azad edilməsini tələb edirlər. 

Son günlər sionist rejimin Hərbi Nazirliyinin binası qarşısında da oxşar nümayişlər keçirilib.