BMT-nin xüsusi məruzəçisi: Qəzzədə humanitar vəziyyət kritikdir
BMT-nin xüsusi məruzəçisi Qəzzədə humanitar vəziyyətin son dərəcə kritik olduğunu açıqlayıb.
Qətərin Əl-Cəzirə kanalının məlumatına görə, BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Əl-Cəzirə kanalına bildirib ki, İsrail Qəzzədə qida istehsalı infrastrukturunu sistemli şəkildə məhv edir.
O, əlavə edib: İsrail açıq şəkildə Qəzzədə 2,2 milyon insana aclıq çəkdirir və bu hərəkətlər birbaşa olaraq, bölgədəki Fələstin xalqının yaşayış və güzərarına kəskin mənfi təsir göstərib.
BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi bu siyasətlərin davam edəcəyi təqdirdə baş verə biləcək humanitar fəlakət barədə xəbərdarlıq edərək, hücumların və dağıntıların dayandırılması üçün beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.
Sionist rejim kabineti elə bir halda Qəzzəyə humanitar yardımın daxil olmasını qadağan edən qanun layihəsini təsdiqləyib ki, BMT və beynəlxalq insan haqları qurumları Qəzzə xalqının 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri ən ağır humanitar böhran yaşadığı barədə xəbərdarlıq ediblər.