Yəmən Nevatim bazasını ballistik raketlə hədəfə alıb
Yəmən Silahlı Qüvvələri işğal altındakı Fələstinin cənubunda Nevatim aviabazasını raketlə hədəfə aldığını açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri şənbə günü bir bəyanatda bildirib ki, məzlum Fələstin xalqına dəstək olaraq və Qəzzədəki soyqırımı qınamaq üçün Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri işğal altındakı Fələstinin cənubundakı Negev bölgəsində yerləşən Nevatim Hava Bazasını hədəf alan hərbi əməliyyat həyata keçirib.Səri əlavə edib: Bu əməliyyat Fələstin-2 ballistik raketi ilə həyata keçirilib və uğurlu olub və sionist rejimin hava hücumundan müdafiə sistemləri onun qarşısını ala bilməyiblər.Yəmən Silahlı Qüvvələri Qəzzəyə təcavüz dayanana və mühasirə götürülənə qədər müdafiə və dəstək əməliyyatlarının davam edəcəyini vurğulayıb.