Yəmən Silahlı Qüvvələri ABŞ-ın aviadaşıyıcısını Qırmızı dənizi tərk etməyə məcbur edib
ABŞ-ın USS Harry Truman təyyarədaşıyan gəmisinin Yəmən Silahlı Qüvvələrinin dəqiq və davamlı əməliyyatları fonunda Qırmızı dənizdən çıxmağa hazırlaşdığı ehtimal edilir.
Yəmənin Müdafi Nazirliyindəki bir mənbə bildirib ki, ABŞ-ın Harry Truman gəmisi və onu müşayiət edən gəmilərin hərəkətlərini nəzərə alaraq, tezliklə bölgəni tərk etmələri gözlənilir.
Mənbə deyib: "Truman gəmisinin son əməliyyatlarımızda birbaşa vurulduğunu istisna etmirik və onun hər an əməliyyat bölgəsini tərk edəcəyini gözləyirik”.
O, əlavə edib: "Bir neçə saat davam edən son əməliyyat qanadlı və ballistik raketlər və hücum PUA-ları ilə həyata keçirilib və düşmən qüvvələrinə ağır təzyiq göstərərək, gəmini Qırmızı dənizdə şimala doğru geri çəkilməyə məcbur edib.
Mənbə qeyd edib ki, Yəmən silahlı qüvvələri bu əməliyyatda yeni taktikalardan istifadə ediblər ki, bu da onların iri və hərəkətdə olan dəniz hədəflərini hədəfə almaqda imkanlarının artmasından xəbər verir.
O, Amerika gəmisinin regiondan mümkün çıxmasını Yəmən qüvvələrinin uğurlu əməliyyatlarının birbaşa nəticəsi hesab edib.
Yəmən silahlı qüvvələri bundan əvvəl Qırmızı dənizdə bir neçə dəfə “Truman” gəmisini pilotsuz təyyarələr və raketlərlə hədəfə alıblar.