May 01, 2025 13:49 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilinə və Qüdsün şimal-şərqinə basqın ediblər

İnformasiya mənbələri sionist rejim hərbçilərinin qərb sahilinin müxtəlif bölgələrinə və işğal olunmuş Qüdsün şimal-şərqindəki bir kəndə qarşı hücumlarının davam etməsindən, eləcə də sionist qəsəbə sakinləri tərəfindən fələstinlilərin əkin sahələrinin yandırılmasından xəbər veriblər.

Fələstinli mənbələr sionist rejim hərbçilərinin Qüdsün şimal-şərqində yerləşən Hizma kəndinə hücumundan xəbər veriblər.

Bu mənbələr qərb sahilində yerləşən Nablus şəhərinin cənubundakı Tamun qəsəbəsində bir fələstinli gəncin həbs olunmasına işarə ediblər.

Sionist rejim hərbçiləri qərb sahilinin şimalında yerləşən Cenin şəhərinin şimalındakı Fəquə kəndinə basqın edib və fələstinlilərə tərəf səs bombaları atıblar.

Eyni zamanda, bəzi mənbələr Əlcəzirə telekanalına bildiriblər ki, sionist qəsəbə sakinləri qərb sahilinin şərqində fələstinlilərin avtomobillərini və bir mənzili yandırıblar.

Digər tərəfdən, sionist Haarets qəzeti sionist rejimin bir təhlükəsizlik mənbəyinə istinadla bildiribdir ki: Sionist qəsəbə sakinləri işğal olunmuş Fələstindəki yanğınla bir zamanda, qərb sahilində fələstinlilərin əkin sahələrini yandırıblar.