Sionist rejimin hücumlarında 31 fələstinli şəhid olub
Fələstinli tibb mənbələri bildiriblər ki, sionist rejimin ötən sutka ərzində Qəzzə zolağına qarşı hava hücumlarında azı otuz bir fələstinli şəhid olub.
Bu hücumlar dünən səhərin ilk saatlarından başlanıb və Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıb.
Xəstəxana mənbələri deyirlər ki, şəhidlər arasında qadın və uşaqlar da nəzərə çarpır.
Bombardmanların şiddəti bir neçə yaşayış məhəlləsində geniş dağıntılar törədib. Yardımçıların/ cəsədləri uçqunlar altından çıxarmaq üzrə səyləri davam edir.
Sionist rejim ordusu bu məlumatlara bir cavab təqdim etməyibdir.
Dİgər tərəfdən, Əlcəzirə müxbiri xəbər veribdir ki, sionist rejim qırıcılarının Qəzzə zolağının mərkəzində yerləşən Əlbric düşərgəsindəki bir mənzilə qarşı hücumunda beş nəfər şəhid olub, üç nəfər isə yaralanıbdır.