May 02, 2025 14:53 Asia/Baku
  • Dünya Qəzzədə baş verən soyqırımına tamaşaçı olaraq qalacaqmı? - TƏHLİL

Qəzzə humanitar fəlakətin astanasındadır. İsrailin blokadası və qaniçən rejimin bölgəyə təkrar hücumları milyonlarla fələstinlinin həyatını təhlükəyə atıb.

Beynəlxalq ictimaiyyət Qəzzə zolağında yaşanan soyqırımının qarşısında dərin susqunluq nümayiş etdirir.

Qəzzədəki humanitar vəziyyət insanların sağlamlığı və həyatını təhdid etməklə yanaşı, həm də insan hüquqlarının açıq şəkildə pozulması kimi qəbul edilir.

Ötən 19 ayda İsrail rejiminin bölgəyə hərbi təcavüzü həyati əhəmiyyətli infrastrukturu məhv edib və səhiyyə xidmətlərinə çıxışı ciddi şəkildə məhdudlaşdırıb. Ona görə də Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar Qəzzədə ağır humanitar vəziyyətlə bağlı xəbərdarlıq edirlər.

BMT-nin baş katibi Antonio Quterreş Qəzzədə humanitar vəziyyəti “təsəvvür ediləndən də pis” adlandırıb və İsrailin təxminən iki aya yaxındır ki, ərzaq, yanacaq və dərman vasitələrinə girişi əngəllədiyini vurğulayıb.

Qəribədir ki, bəzi ölkələr bu cinayətlərin qarşısında susaraq dolayısı ilə İsraili dəstəkləməyə davam edirlər.

Müşahidəçilərin fikrincə, fələstinlilərin soyqırımı ilə üzləşməsinə reaksiya vermək təkcə insani məsuliyyət deyil, həm də beynəlxalq ictimaiyyət üçün bir sınaqdır. Qondarma rejim qırğın siyasətlərini davam etdirərkən, dünya ölkələri ona qarşı silah embarqosunun tətbiqini və Fələstinin tanınması kimi ciddi tədbirləri gündəmə gətirməlidir. Bu tədbirlər regionda cinayətlərin dayandırılmasına və insan hüquqlarının qorunmasına kömək edə bilər.