May 03, 2025 15:15 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə yanğın yenidən alovlanıb

Qüds təpələrindəki yanğının nəzarət altına alındığı elan edildikdən bir neçə saat sonra, Latrun bölgəsində yanğın yenidən alovlanıb.

Çərşənbə günü işğal altındakı Qüdsün ətrafındakı dağlarda genişmiqyaslı yanğın baş verib. Yanğın sionist rejimin bəzi hərbi bazalarına da sirayət etmişdir. Sionist rejim yanğını söndürmək üçün bir neçə ölkədən kömək istəmişdir. 

Sionist rejim mediası Qüds yaxınlığındakı Latrun bölgəsində cümə günü yenidən yanğınların baş verdiyini bildirib.

Bu xəbərin yayılmasından təlcə bir neçə saat əvvəl sionist rejimin yanğınsöndürmə təşkilatı 30 saatdan çox davam edən səylərdən sonra yanğının nəzarət altına alındığını elan etmişdi. 

Qüds təpələrinin ətrafında baş verən son yanğınlar geniş əraziyə yayılıb və yanğınlar yaxınlıqdakı şəhərlərin sakinlərini evlərini tərk etməyə məcbur edib.