“Əl-Həqq”: Qəzzə aclıq və fəlakətlə üz-üzədir
May 04, 2025 15:10 Asia/Baku
Fələstinin “Əl-Həqq” təşkilatının direktoru bəyan edib ki, İsrailin həyata keçirdiyi siyasətlər nəticəsində Qəzzə zolağında əhali son dərəcə ağır və dözülməz şəraitdə yaşayır.
Şəvan Cəbbarin deyib: 60 gündən artıq davam edən mühasirələr, planlaşdırılmış aclıq, humanitar yardımların qarşısının alınması və bütün keçidlərin bağlanması nəticəsində Qəzzə misilsiz fəlakətlə üz-üzədir.O bildirib ki, ərzaq və tibbi yardımın qarşısının alınması vəziyyəti ağırlaşdırıb, aclıq minlərlə insanı zəiflədib.