Ərəb dilli media təhlil edib: Yəmən raketi İsrailin dünyaya açılan qapısını bağlayıb
Ərəb dilli media orqanı Yəmən silahlı qüvvələrinin Təl-Əvivin Ben Qurion hava limanına yeni raket hücumunu şərh edib və bu əməliyyatın əhəmiyyətini müxtəlif aspektlərdən təhlil edib.
Əl-Ərəbi Əl-Cədid xəbər portalı "İsrailin dünyaya açılan qapısı olan Ben Qurion hava limanı Yəmən raketi ilə bir neçə saat bağlanıb" başlıqlı reportajında yazıb: "Ben Qurion hava limanı işğal olunmuş Fələstin ərazilərində əsas hava limanıdır və təhlükəsizlik, geosiyasi, iqtisadi və turizm baxımından sionist rejimin ən əhəmiyyətli və həssas infrastruktur obyektlərindən biridir. Bu hava limanı Təl-Əvivdən təxminən 20 kilometr cənub-şərqdə, Əl-Lod bölgəsində yerləşir və sionist rejimin bu həyati əhəmiyyətli obyektinə hər hansı hücum onun iqtisadiyyatına, xüsusən də nəqliyyat və turizm sektoruna ciddi zərbədir".