May 05, 2025 10:53 Asia/Baku
  • İsrailin bütün hava limanları tam blokadaya alınacaq!

Yəmən Ənsarullah Hərəkatı Ben Qurion da daxil olmaqla İsrail rejiminin hava limanlarına zərbələr endirərək ona qarşı tam hava blokadası yaratmağı planlaşdırır.

Bu barədə Yəmən ordusunun sözçüsü Yəhya Səri bildirib.Briqda generalı deyib ki, sionist İsrailin Qəzzə zolağında aqressiv əməliyyatını genişləndirmək qərarına cavab olaraq, Yəmən silahlı qüvvələri bəyan edirlər ki, onlar hava limanlarına, ilk növbədə İsraildə Ben Qurion hava limanı kimi tanınan Lod hava limanına çoxsaylı zərbələr endirərək, düşmən üçün tam hava blokadası yaratmağa çalışacaqlar.

Qeyd edək ki, vampir rejimin baş naziri Benyamin Netanyahu Qəzzədə əməliyyatların davam etdiriləcəyini, Yəmənə daha çox aviazərbələrin endiriləcəyini elan edib.