Yəmənin Təl-Əvivə raket zərbəsi Azərbaycan mediasını təəccübləndirdi
Haqqın.az: İsrail və ABŞ-ın havadan müdafiə sistemləri yararsızdırmı?
Sionist rejimin Yəmən ordusunun hücumları qarşısında aciz qalması Azərbaycan mediasını təəccübləndirib.
Haqqın.az xəbər portalı yazır: “Necə ola bilər ki, dünyanın ən qabaqcıl iki hava hücumundan müdafiə sistemlərindən olan İsrailin Hez-3 və Amerikanın THAAD-ı Husilərin Təl-Əvivə atdığı raketi zərərsizləşdirə bilmədi?”
Xəbər portalı qeyd edir ki, raketin növü rəsmi olaraq açıqlanmasa da, husilərin Fələstin-12 və Fələstin-2 ballistik raketləri 2000 kilometrə qədər məsafəni qət edə bilir. Onlar indi iddia edirlər ki, Ben Qurion hava limanının vurulması hipersəs ballistik raket olub, bu isə ekspertlər arasında şübhə yaradır, çünki Hutilərin hipersəs silahlarına sahib olması ilə bağlı hələlik sənədləşdirilmiş məlumat yoxdur. Çox güman ki, onlar modifikasiya olunmuş ballistik raketdən istifadə ediblər və nəticədə İsrailin raket sistemləri sıradan çıxıb.
Xatırladaq ki, sionist rejim ordusu ötən gün mayın 4-də Yəməndən atılan və qarşısı alına bilməyən bir raketin Təl-Əvivdəki Ben Qurion Hava Limanına düşdüyünü etiraf edib. Haaretz qəzetinin məlumatına görə, raketin parçaları hava limanı yaxınlığına düşüb və bu səbəbdən uçuşlar təxirə salınıb.
Bu arada Ənsarullah hərəkatının yüksək rütbəli nümayəndələrindən Məhəmməd əl-Bəxiti, Qətər mərkəzli “Əl Arabi” kanalına verdiyi açıqlamada Ben Qurion Hava Limanına edilən hücumun İsraildəki gücləndirilmiş hədəfləri vurmaq qabiliyyətlərini göstərdiyini deyib.
Yəmən ordusunun sözçüsü Yəhya Səri də hücumu üzərinə götürərək hava limanının artıq “təhlükəsiz bir uçuş nöqtəsi olmadığını” bəyan edib.Yəməndəki Ənsarullah hərəkatı, Qəzzə zolağına qarşı hücumlarını yenidən artıran İsraili vaxtaşırı ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır.