May 05, 2025 18:57 Asia/Baku
  • Sionist rejim Qəzzənin şimalını bombalayıb; Onlarla yaralı və şəhid var

Sionist rejimin Qəzzə zolağına endirdiyi hava zərbələri nəticəsində indiyədək 19 fələstinli şəhid olub, 15 nəfər isə yaralanıb.

Fələstin mənbələrinin məlumatına görə, işğalçı sionist rejimin döyüş təyyarələri bu gün səhər Qəzzə şəhərinin şimalındakı Əl-Kəramə bölgəsində, həmçinin Beyt Lahiyadakı Əl-Səlatin bölgəsində bir sıra yaşayış məntəqələrini bombalayıblar, nəticədə 19 fələstinli şəhid olub, 15 nəfər isə yaralanıb.