May 10, 2025 12:32 Asia/Baku
  • ABŞ öz şərtlərindən geri çəkildi

Yəmənin Ənsarullah Hərəkatı Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı hücumlara son qoymaq üçün ABŞ ilə əldə olunan atəşkəs razılaşmasını Yəmənin qələbəsi kimi qiymətləndirib.

Ənsarullah Hərəkatının Ali Siyasi Şurası öz bəyanatında bildirib ki, ABŞ yaşadıqları böyük uğursuzluqdan sonra geri çəkildi və hücumlarını İsrail faktoru ilə şərtləndirməkdən imtina etdi. Bu, faktiki olaraq Yəmənin qələbəsidir.

Bəyanatda İsrailin Yəmənə qarşı hücumlarına yaxın gələcəkdə sərt cavab veriləcəyi də qeyd olunub.

Xatırladaq ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi mayın 6-da ABŞ və Yəmənin Ənsarullah Hərəkatı arasında Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı hücumlara son qoymaq üçün atəşkəs əldə olunduğunu açıqlayıb.