May 10, 2025 12:42 Asia/Baku
  • Yəmən işğal olunmuş ərazilərə raket atdı; minlərlə sionist sığınacaqlara qaçdı

Yəmənin işğal olunmuş Fələstin ərazilərinə yeni raket hücumu fonunda Ben Qurion hava limanında uçuşlar dayandırılıb.

İsrail ordusu cümə günü bildirib ki, Yəməndən işğal olunmuş ərazilərə doğru raket atıldıqdan sonra Qüds, TəlƏviv və onlarla digər bölgələrdə hava hücumu sirenləri işə düşüb və minlərlə sionist sığınacaqlara qaçıblar və bu arada bir sionist də yaralanıb. 

Sionist rejim ordusu Yəməndən atılan raketi ələ keçirmək üçün özünün "Arrow-3" və ABŞ-ın "THAAD" raketdən müdafiə sistemindən istifadə edib, amma bu raketin qarşısını almaqda nakam qalıb. 

Sionist rejimin "Kanal 14" televiziya kanalının məlumatına görə, ABŞ-ın THAAD sistemi cari həftə ərzində ikinci dəfədir ki, Yəməndən atılan raketi ələ keçirə bilməyib.

Yəmənin raket hücumundan sonra Ben Qurion Beynəlxalq Hava Limanında uçuşlar dayandırılıb və Almaniyanın Lufthansa şirkəti də Tel-Əvivə uçuşlarının dayandırılmasını mayın 18-dək uzatmaq qərarına gəldiyini bildirib.

Yəmənin yeni raket hücumu fonunda işğal olunmuş Fələstin ərazilərində Benyamin Netanyahu və onun hökumətinə qarşı tənqidlər artıb.

Sionist rejimin keçmiş müharibə naziri Aviqdor Liberman Yəmənin hücumuna reaksiyada deyib: "Bu vəziyyət həqiqətən də ağılasığmazdır. Qəzzə müharibəsindən bir il yeddi ay keçib və hər gün milyonlarla "israilli" sığınacaqlara qaçır".

Yəmənin işğal olunmuş Fələstin ərazilərinə yeni raket hücumu elə bir haldadır ki, ABŞ prezidenti Donald Trampın son günlər ABŞ və Yəmən arasında atəşkəs elan etmişdi.  Yəmən Ənsarullahı bu razılaşmanın sionist rejimə qarşı hücumları dayandırmayacağını açıqlamışdı.