May 11, 2025 11:26 Asia/Baku
  • Təl-Əvivdə aksiya: Müharibənin dayandırılması və əsirlərin dərhal qaytarılması tələb olunub

Minlərlə sionist qəsəbə sakini dünən gecə Təl-Əvivdə geniş aksiya keçirib. Onlar müharibənin dərhal dayandırılması və bütün əsirlərin qayıtmalarını tələb ediblər.

İsrail rejiminin on ikinci telekanalı etirazçıların böyük bir qrupunun bu rejimin müharibə nazirliyinin binasına doğru hərəkət etdiyini bildirib. Etirazçılar döyüşlərin davam etməsinə qarşı şüarlar səsləndiriblər.Hərbi təzyiqin davam etdirilməsi, nəinki nəticəsizdir, həm də əsirlərin həyatını təhlükəyə salır- deyə, aksiyaçılar vurğulayıblar.Etirazçıların əsas tələbi Qəzzə müharibəsinin başa çatması və bütün əsirlərin mümkün olan ən qısa zamanda azad edilmələri üzrə bir razılaşmanın əldə olunması elan edilib.Bu istiqamətdə İsrail rejiminin on ikinci telekanalı bu rejim başçılarına istinadla xəbər veribdir ki, qarşıdakı bir neçə gün əsirlər mübadiləsi üzrə müzakirələrin həlli üçün çox mühümdür.Bu telekanalın iddiasına görə, müzakirələr, Trampın regiona girişi və İsrail rejiminin Qəzzəyə qarşı hücumları artırmaq üzrə təhdidləri ilə ehtimal üzrə, irəliləyişlərin şahidi olacaq.