Hizbullah Livanın qəsb olunmuş ərazilərə ilhaq edilməsinə mane olub
Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Seyid Mustafa Bədrəddinin şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışda vurğulayıb ki islami müqavimət 1982-ci ildən bəri Livan ərazisinin sionist rejim tərəfindən qəsb olunmuş ərazilərə ilhaq edilməsinə mane olub.
Şeyx Nəim Qasim öz çıxışında sionist rejimin Lİvana qarşı təcavüzləri keçmişinə və Hizbullahın bu təhdidlərlə mübarizədəki roluna işarə edib.
O həmçinin müqavimətin İsrail rejimi qarşısındakı qələbələrinə və bu yolun davam etdirilməsinə təkid edib.
«Uli-əl-Bas» döyüşünə və müqavimətin İsrail rejimi ordusu qarşısındakı dirənişinə işarə edən Şeyx Nəim Qasim qeyd edib ki hətta beynəlxalq təzyiqlərə rəğmən fələstinlilər öz hüquqlarından məhrum ola bilməzlər.
Şeyx Nəim Qasim müqavimətin sionist rejim qarşısındakı keçmişinə işarə şəhidlərin fədakarlıqlarına və bu yolun davam etdirilməsinin önəminə təkid edib.
O həmçinin Hizbullahın Fələstinə dəstəyinə və Suriyada müqavimətin gücləndirilməsindəki roluna toxunub vahid və müttəfiq bir Suriyanın formalaşmasını istəyib.