May 14, 2025 12:07 Asia/Baku
  • Qəzzədə şəhid olan jurnalistlərin sayının 215-ə yüksəldi

Qatil İsrail rejimi ordusunun Qəzzə zolağının cənubundakı Xan Yunus şəhərindəki Nasir xəstəxanasına təşkil etdiyi hücumda bir jurnalist şəhid olub.

Fələstinin VƏFA xəbər agentliyi İsrail ordusunun təyyarələrinin Nasir xəstəxanasına hücum etdiyini bildirib.

Əvvəlki hücumda yaralanan və xəstəxanada müalicə alan jurnalist Həsən Əbdülfəttah İslihin hücumda şəhid olduğu, bəzi xəstələrin isə yaralandığı bildirilib.

İslihin şəhadəti ilə 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzədə təşkil etdiyi hücumlarda şəhid olan jurnalistlərin sayının 215-ə yüksəlib.