Yəmən Ben Qurion hava limanını raketlə hədəfə alıb
Yəmən Silahlı Qüvvələri sionist rejimin Ben Qurion hava limanına raket hücumu həyata keçirdiyini açıqlayıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bir bəyanatda bildirib ki, məzlum Fələstin xalqına dəstək və sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi soyqırımını pisləmək üçün Yəmən Silahlı Qüvvələrinin raket bölməsi unikal bir hərbi əməliyyatda Ben Qurion hava limanını hədəfə alıb.
Səri deyib: "Bu əməliyyat hipersəs ballistik raketlə həyata keçirilib və uğurlu olub".
O, əlavə edib: "Raket milyonlarla işğalçı sionisti sığınacaqlara qaçmağa məcbur edib və hava limanında fəaliyyətlər təxminən bir saat dayandırıb. Bu, son 24 saat ərzində Yəməndən işğal olunmuş Fələstin ərazilərinə atılan üçüncü raketdir".
Yəhya Səri qeyd edib ki, Yəmən Silahlı Qüvvələrinin əməliyyatları Qəzzəyə qarşı təcavüzü və bu bölgə xalqına qarşı soyqırım cinayətlərini dayandırmaq məqsədi daşıyır.
Səri əməliyyatların Qəzzəyə qarşı təcavüzlər dayandırılana qədər davam edəcəyini vurğulayıb.