May 15, 2025 15:05 Asia/Baku
  • Əl-Qüds Briqadaları Aşdod, Aşkelon və Qəzzənin ətrafındakı qəsəbələri bombalayıb

Əl-Qüds Briqadaları Qəzzənin ətrafındakı sionist sakinli qəsəbələri raketlə hədəfə aldığını açıqlayıb.

Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Əl-Qüds Briqadaları çərşənbə axşamı axşam saatlarında Aşdod, Aşkelon, Sderot və "Qəzzə qılafı" kimi tanınan Qəzzə zolağının ətrafındakı sionist sakinli qəsəbələri raket zərbələri ilə bombaladığını açıqlayıb.

Əl-Qüds Briqadalarının raket bölməsi bu bombardmanın İsrail işğalçılarının Fələstin xalqına qarşı törətdiyi qırğınlara cavab olduğunu vurğulayıb. 

Bundan əvvəl HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadalarının mücahidləri çərşənbə axşamı səhər saatlarında cəbhə xəttindən qayıtdıqdan sonra sionist rejimin mühəndis qüvvələrini yüngül silahlarla vurduqlarını və "Baqer" hərbi maşınının sürücüsünü öldürdüklərini açıqlayıblar. 

Əl-Qəssam Briqadaları əlavə edib ki, bu əməliyyat bazar günü Qəzzə şəhərinin şərqindəki "Şərqi Şucaiyyə" məhəlləsində baş verib.

Bazar ertəsi Əl-Qüds Briqadaları da İsrailə məxsus Super Heron pilotsuz təyyarəsini Qəzzə şəhəri üzərində uçarkən vurduqlarını açıqlayıb.