May 15, 2025 18:02 Asia/Baku
  • Fələstin Azadlıq Hərəkatı: Müqavimət alovu heç vaxt sönməyəcək

Fələstin Azadlıq Hərəkatı Salfitin qərbindəki atışma əməliyyatına reaksiyada bunu işğalçıların cinayətlərinə və soyqırım müharibəsinə qəhərmancasına cavab hesab edərək, vurğulayıb: "Müqavimətin kökü heç vaxt qurumayacaq".

Fələstin Azadlıq Hərəkatı bəyanatda əlavə edib: "Biz Salfitin qərbindəki Bruqin şəhəri yaxınlığında baş verən atışmanı təbrik edirik və bunun İsrail düşməninin İordan çayının qərb sahilində və Qəzzə zolağında törətdiyi cinayətlərə “təbii cavab” olduğunu vurğulayırıq". 

Hərəkat davamında deyib: "Əməliyyatı icra edən qəhrəmanı və Qərb Sahilinin bütün qəhrəmanlarını təbrik edirik, çünki onlar müqavimət alovunun sönməyəcəyini və onun müxtəlif formalarının şiddətlənəcəyini yüksək səslə bəyan edirlər". 

Bəyanatın sonunda deyilir: “Qərb Sahilindəki həmvətənlərimizi işğalçılara və sionist qəsəbə sakinlərinə qarşı qəhrəmanlıq qəhrəmancasına əməliyyatlarını gücləndirməyə çağırırıq". 

Qeyd edək ki, Çərşənbə günü axşam İordan çayının qərb sahilində Salfitin qərbindəki Bruqin qəsəbəsi yaxınlığında atışma baş verib və nəticədə bir sionist ölüb, bir sionist isə ağır yaralanıb.