May 16, 2025 17:23 Asia/Baku
  • Həmas Trampa: Qəzzə satılmır

Bir Həmas rəsmisi ABŞ prezidenti Donald Trampın sözlərinə reaksiyada vurğulayıb ki, Qəzzə satılmır. Tramp Vaşinqtonun Qəzzə zolağını ələ keçirmək və onu “azad bir bölgə”yə çevirmək istədiyini bildirmişdi.

Həmas-ın siyasi bürosunun üzvü Basim Nəim qeyd edib ki, Qəzzə Fələstin ərazisinin ayrılmaz hissəsidir və azad bazarda satılacaq mülk deyildir.O, vurğulayıb ki, Qəzzəyə humanitar yardımların daxil olması mart ayının əvvəllərindən bəri Qəzzə zolağına qarşı şiddətli blokada tətbiq etmiş İsrail rejimi ilə müzakirə üçün minimum şərtdir.

Həmas-ın siyasi bürosunun üzvü bildirib ki, qənaətbəxş və konstruktiv bir müzakirənin aparılması üçün minimum şərt, sionist rejimin baş naziri Benyamin Netanyahunun hökumətini keçidləri yenidən açmağa və humanitar yardımlar, ərzaq və dərmanın Qəzzəyə girişinə icazə verməyə məcbur etməkdir.

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü Qətərdə keçirilən bir ticarət iclasında bir daha bu ölkənin Qəzzə zolağına yiyələnmək istədiyini vurğuladı. Dedi ki, Amerika Birləşmiş Ştatları Qəzzəni azad bir bölgəyə çevirəcək.