May 17, 2025 12:15 Asia/Baku
  • “Vampir rejimin liderlərini məsuliyyətə cəlb edəcəyik”

Qəzzə soyqırımına görə baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrail liderlərini məsuliyyətə cəlb etməyə davam edəcəyik.Bunu Yəməndəki Ənsarullah hərəkatının yüksək rütbəli rəsmisi Nəsrəddin Amir İsrailin son təhdidlərinə cavab olaraq deyib.

O, Təl-Əvivdə yerləşən Ben Qurion Hava Limanını atəşə tutduqları zaman Netanyahunun da orada olduğunu bildirib.Qeyd edək ki, sionist İsrailin hərb naziri Yisrael Katz bildirib ki, Ənsarullah hərəkatının lideri Əbdülmalik əl-Husini qətlə yetirməyi planlaşdırırlar.