HƏMAS: Xan Yunisdə qaçqınların çadırlarının bombalanması vəhşi cinayət və faşizmini təcəssümüdür
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420254-hƏmas_xan_yunisdə_qaçqınların_çadırlarının_bombalanması_vəhşi_cinayət_və_faşizmini_təcəssümüdür
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bir bəyanatda vurğulayıb ki, didərgin düşmüş insanların çadırlarının hədəf alınaraq, içəridəki günahsız mülki insanlarla birlikdə yandırılması, hərbi cinayətkar Benyamin Netanyahu hökumətinin faşizmini təcəssüm etdirən yeni və vəhşi cinayətdir və humanitar qanunların və insani normaların açıq şəkildə pozulmasıdır”.
(last modified 2025-05-18T05:13:30+00:00 )
May 18, 2025 09:12 Asia/Baku
  • HƏMAS: Xan Yunisdə qaçqınların çadırlarının bombalanması vəhşi cinayət və faşizmini təcəssümüdür

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS bir bəyanatda vurğulayıb ki, didərgin düşmüş insanların çadırlarının hədəf alınaraq, içəridəki günahsız mülki insanlarla birlikdə yandırılması, hərbi cinayətkar Benyamin Netanyahu hökumətinin faşizmini təcəssüm etdirən yeni və vəhşi cinayətdir və humanitar qanunların və insani normaların açıq şəkildə pozulmasıdır”.

İslami Müqavimət Hərəkatı bəyanatında işğalçı İsrail ordusunun Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsində köçkünlərin çadırlarına endirdiyi vəhşi hava zərbələrinin əksəriyyəti uşaq olmaqla iyirmidən çox insanın şəhid olması və 100-dən çox insanın yaralanması ilə nəticələndiyini bildirib.HƏMAS ABŞ-ın işğalçı rejimə verilən dəstəkdə roluna toxunaraq, vurğulayıb: "ABŞ administrasiyası terrorçu və işğalçı rejim üçün siyasi və hərbi örtük təmin etmək səbəbindən bu hücumların dəlicəsinə şiddətlənməsində birbaşa məsuliyyət daşıyır".Bəyanatın davamında HƏMAS BMT və onun təsisatlarının və bütün dünya ölkələrinin işğalçı ordu və onun faşist hökuməti tərəfindən törədilən bu vəhşi cinayətlər və bütün müharibə qanunlarının görünməmiş pozuntuları qarşısında susqunluğu və acizliyini şiddətlə qınayıb.